“Azərenerji”də struktur islahatları başlayıb
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) aparılan struktur islahatları çərçivəsində bir neçə il əvvəl yaradılan və qurumun tabeliyində olan bəzi müəssisələrin ləğv edilməsinə başlanıb. Bir-biri ilə eyni funksiyaya malik, yaxud kiçik əraziləri əhatə edən idarələr ləğv edilərək digər analoji strukturlarla birləşdirilir.
Lent.az-ın “Azərenerji” ASC-dən əldə etdiyi məlumatlara görə, bu günlərdə səhmdar cəmiyyətinin 3 regional enerji təchizat idarəsi (RET) ləğv edilib. Belə ki, cənub regionuna xidmət göstərən Lənkəran RET ləğv edilərək, idarənin balansındakı şəbəkələr Şirvan, Kürdəmir RET İmişliyə, Şəmkir RET isə Gəncə Regional enerji təchizat idarəsinin balansına verilib. Bundan əvvəl isə Bakı, Ağsu və Ağstafadakı 3 Yüksək Gərginlikli Elektrik şəbəkəsi ləğv edilib, müvafiq olaraq Abşeron, Mingəçevir və Gəncə şəbəkələrinə birləşdirilib.
“Azərenerji” ASC-nin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, burada məqsəd regionların enerji təchizatı ilə məşğul olan müxtəlif qurumları bir şəbəkədə birləşdirmək və bu şəbəkələri ayrılıqda müxtəlif şirkətlərə idarəetməyə verməkdir. Bu çərçivədə yaxın vaxtlarda bir neçə regional şəbəkənin idarəetməyə çıxarılması da planlaşdırılır.
Son islahatlar nəticəsində “Azərenerji”nin tabeliyində daha geniş şəbəkəyə malik 4 RET (Şirvan, Gəncə, Mingəçevir və İmişli) formalaşdırılıb. İdarəetməyə də ayrılıqda bu idarələrin çıxarılması planlaşdırılır. Bununla da “Azərenerji” ARDNŞ kimi istehsalçı şirkət rolunu oynayacaq və enerjinin ayrılıqda şirkətlərə satışına cavabdehlik daşıyacaq. Enerjinin əhaliyə və müəssisələrə satışı, enerji haqlarının yığımı isə şəbəkəni idarəetməyə götürmüş şirkətlər tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, bir neçə il əvvəl Şəki RET idarəetməyə verilib.

Oxşar yazılar

Yanğına görə 9 kəndin qazı kəsildi
15 avqust 2022 , 21:14
“Bizim evdə “Final” var” Lənkəran və Astarada® - FOTO
15 avqust 2022 , 12:28
"Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı®
15 avqust 2022 , 10:29
AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir
15 avqust 2022 , 10:05Rusiyanın Krımda məhv edilən təyyarələrinin dəyəri AÇIQLANDI - VİDEO
12 avqust 2022 , 16:07
"Azəriqaz" yeddi aylıq hesabatını TƏQDİM ETDİ
12 avqust 2022 , 15:59
"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib®
12 avqust 2022 , 11:44