Statistika Komitəsinin 4 rayon idarəsi diplom alıb
Lent.az-ın məlumatına görə, dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə prosesi zamanı Dövlət Statistika Komitəsinin Balakən, Qax, Goranboy, Samux, Siyəzən rayon statistika idarələri ən yaxşı nəticə əldə edib. Komitədən Lent.az-a bildiriblər ki, yerli statistika orqanları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xüsusi Diplomla təltif olunub.
Xatırladaq ki, müsabiqənin başlıca məqsədi insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Dövlət Statistika Komitəsinin rayon idarələrində işçilər üçün müasir təhlükəsiz iş şəraiti yaradılıb. İdarələr yeni inzibati bina ilə təmin olunub. Yeni binada bütün iş yerləri müasir kompüterlərlə, avadanlıqlarla və eləcə də mebellə təchiz edilmişdir ki, bu da rayon ərazisində yaşayan istifadəçilərə yüksək səviyyədə xidmət göstərməyə imkan verir.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30