Bərdədə ət kombinatı tikiləcək
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a verilən məlumata görə, 250-dək sahibkarın iştirak etdiyi tədbirdə güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasından danışılıb. Yığıncaqda bildirilib ki, güzəştli kreditlər əsasən, bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, heyvandarlıq və quşçuluğun inkişafına yönəldiləcək. Belə layihələrin maliyyələşdirilməsi zamanı Bərdə və ətraf rayonlardakı perspektivlər də nəzərə alınacaq. Həmçinin yaxın vaxtlarda Bərdədə ət qəbulu kombinatının tikilməsi planlaşdırılır.
Tədbir çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 1 milyon 791 min manat güzəştli kredit verilib. İştirakçılar "Bərdə Broyler" ASC-nin quşçuluq təsərrüfatında və "Rəşad" İstehsalat Kommersiya Firmasının çörək məhsulları istehsalı müəssisəsində, Tərtərdəki quşçuluq təsərrüfatında və soyuducu anbar kompleksində, Ağcabədidə "Atropatena" QSC-nin heyvandarlıq kompleksində aparılan tikinti işlərinə, Ağdamda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin heyvandarlıq kompleksinin fəaliyyətinə də baxış keçiriblər.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30