Azərbaycan ərazisi səhralaşır
3,7 milyon hektar torpaq sahəsi eroziyaya, 1,2 milyon hektar torpaq isə şoranlaşmaya məruz qalıb
17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür. 1994-cü ildən bəri BMT-nin Bas Assambleyasının qərarı ilə bu gün bütün dünyada Səhralaşmaya Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat Xidmətindən Lent.az-a bildiriblər ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bu səbəbdən ölkəmiz 1998-ci il aprelin 24-də "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub.
Nazirliyin hesablamalarına görə, hazırda Azərbaycanda 3,7 milyon hektar torpaq sahəsi eroziyaya, 1,2 milyon hektar torpaq isə şoranlaşmaya məruz qalmışdır. Təxminən 300 kvadratmetr ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri onların kimyəvi çirklənməyə məruz qalmasıdır.
Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir. Bu isə Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Elxan SALAHOV

Oxşar yazılar

"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
25 may 2022 , 17:55
Binalardan ev alanlara nə qədər ƏDV qaytarılacaq?
25 may 2022 , 17:47
Bu rayonların qazı KƏSİLƏCƏK
25 may 2022 , 16:52
"Azəriqaz" nin növbəti "Açıq mikrafon"u Cəlilabadda qurulacaq
25 may 2022 , 15:21
Supermarketlərdə QİYMƏT QALMAQALI: "Araz", "OBA", "Al", "Bazarstore"...
25 may 2022 , 15:11
Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak edəcək®
25 may 2022 , 13:41
"Misli görünməmiş inflyasiya təzyiqləri yaranıb" - NAZİR MÜAVİNİ - YENİLƏNİB
25 may 2022 , 12:18