
Azərbaycanlı kapitan NATO-nun iclasına qatılır
17-18 iyun tarixlərində Böyük Britaniyanın Nortvud şəhərində NATO-nun Okean Gəmiçiliyi üzrə Planlaşdırma Komitəsi işçi qrupunun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində növbəti iclası keçiriləcək. Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının (ADDA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ADDA-nın Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri, kapitan Vamik Rəhimov da iştirak edəcək. İclasda NATO-nun üzv və tərəfdaş dövlətləri təmsil edən ekspertlər qrupu tərəfindən hərbi məqsədlərdə istifadə oluna biləcək ticarət gəmilərinin mövcudluğunun qiymətləndirilməsi və dünyada mövcud şəraitdə dənizçilik sahəsinin hazırkı vəziyyətinin təhlili aparılacaq.
Pərvin ABBASOV
Pərvin ABBASOV
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18