ARDNF illik hesabatını açıqladı
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ildə büdcə gəlirləri 13 088,5 milyon manat, büdcə xərcləri isə 6 386,5 milyon manat təşkil edib. Fondun ötənilki büdcəsinin gəlir hissəsi 144,9 faiz, xərc hissəsi isə 99,4 faiz yerinə yetirilib.
Lent.az-ın məlumata görə, bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov
bu gün keçirdiyi mətbuat konfransında söyləyib. O bildirib ki, ötən il ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 932,6 milyon manat, o cümlədən mənfəət nefti və qazın satışından 12 761,1 milyon manat, Bakı-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 158,7 milyon manat, tranzit gəlirləri 8,3 milyon manat, akr hesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat təşkil edib. Onun sözlərinə görə, ötən il Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 155,9 milyon manat təşkil edib.
İcraçı direktor deyib ki, hesabat dövründə ARDNF-dən 5 915,0 milyon manatı dövlət büdcəsinə transfer edib. Həmçinin ötən il Fondun xərclər strukturunda qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 104,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Bakı-Oğuz-Qəbələ su kəmərinin çəkilişinə müvafiq olaraq 131,0 milyon manat və 199,6 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 9,6 milyon manat, “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinə 12,4 milyon manat yönəldilib.
İl ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 14,0 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri isə 502,7 milyon manat təşkil edib.
Şahmar Mövsümov deyib ki, 2011-ci il yanvar ayının 1-ə Fondun aktivləri ötən ilin əvvəlinə nisbətən 52,8 faiz artaraq 22 766,8 milyon dollara çatıb.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16