ARDNŞ-in törəmə şirkəti Gürcüstanın ən iri vergi ödəyicisi olub
Tbilisidə Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi 2010-cu ilin yekunlarına əsasən, neft məhsulları biznesi sektorunda Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlərin mükafatlandırılması ilə bağlı tədbir keçirib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ötən il Gürcüstan büdcəsinə 150 milyon lari həcmində vergi ödəyən “SOCAR Georgia Petroleum” şirkəti “Dövlət büdcəsinə ən iri vergi ödəyicisi” nominasiyası üzrə qalib elan edilib.
Bundan başqa, “SOCAR Georgia Petroleum” 2010-cu ildə “Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət”, “Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri” və “Xeyriyyəçi şirkət” nominasiyalarında da qalib gəlib. Eyni zamanda ARDNŞ-in Gürcüstanda idarə etdiyi Kulevi Qara Dəniz Terminalı “Ən yaxşı infrastruktura malik neft və neft məhsulları terminalı” nominasiyasında birinciliyi qazanıb.
Tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobalia, ölkənin maliyyə naziri Kaxa Bainduraşvili, energetika nazirinin müavini Mariam Valişvili, Tbilisi şəhərinin meri Qiqi Uqulava, SOCAR Energy Georgia MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər.
Qeyd etmək lazımdır ki, “SOCAR Georgia Petroleum” artıq dördüncü ildir ki, Gürcüstanın dövlət büdcəsinə ən iri vergi ödəyicisi kimi mükafatlandırılır. ARDNŞ-in törəmə müəssisəsi 2010-cu ildə Gürcüstan iqtisadiyyatına 52 milyon lari həcmində sərmayə qoyub.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30