Qoyunlar və keçilər ƏDV-dən azad edildi
27 yanvar 2011 10:42 (UTC +04:00)

Qoyunlar və keçilər ƏDV-dən azad edildi

Nazirlər Kabineti qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə siyahını təsdiq edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda aşağıdakı mallar var:

XİF MN-in kodu

Mal mövqelərinin adları

 

1

2

 

Qrup 01-dən

 

 

0102 10

Safqanlı cins iribuynuzlu heyvanlar

 

0104 10 100 0

Safqanlı cins qoyunlar

 

0104 20 100 0

Safqanlı cins keçilər

 

0105 11

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)

 

Qrup 12-dən

 

 

1201 00 100 0

Əkin üçün soya paxlalı bitkilər

 

1206 00 100 0

Əkin üçün günəbaxan toxumu

 

1209 10 000 0

Əkin üçün şəkər çuğunduru toxumu

 

1209 22 100 0

Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)

 

1209 29 600 0

Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

 

Qrup 31

Gübrələr

 

Qrup 38-dən

 

 

3808-dən

Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)

 

Qrup 84-dən

 

 

8419 31 000 0

Kənd təsərrüfatı məhsulları üçün quruducular

 

8421 11 000 0

Süd separatorları

 

8421 21 000 1

Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar

 

8422 20 000 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar

8422 90 900 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri

8424 81

Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular

8428 20 300 0

Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular

8432

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)

8433 20
8433 30
8433 40
8433 51 000 0
8433 52 000 0
8433 53 
8433 59
8433 60 000 0
8433 90 000 0

Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çeşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar

8434

Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər

8437

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa

8438

Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857

Oxşar yazılar