Mərkəzi Bankın İdarə Heyəti toplaşdı - FOTO
Bu gün Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2010-cu ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qurumun bütün struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin də qatıldığı iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov giriş sözü ilə çıxış edib.
Elman Rüstəmov bildirib ki, yola saldığımız onillik Azərbaycanın iqtisadiyyat tarixində intibah və inkişaf dövrü kimi yadda qalacaq: “Ümumilikdə son on ilin inkişaf nəticələrinə görə ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail ola bilib. İqtisadi artımın 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Orta illik inflyasiya 7, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb”.
İclasda qeyd edilib ki, 2010-cu ildə Mərkəzi Bank makroiqtisadi sabitliyi olduqca mürəkkəb qlobal iqtisadi mühitdə qorunub. Makroiqtisadi sabitlik, bank sektorunda maliyyə sabitliyi və iqtisadi artım sahəsində əldə olunmuş nəticələr göstərir ki, Mərkəzi Bank bu məsuliyyətin öhdəsindən uğurla gələ bilib. İclasda ipoteka kreditləşməsi, valyuta ehtiyatlarının idarə edilməsi, ötən strateji dövrdə bank sektorunun vəziyyəti, digər mühüm vəzifələr geniş təhlil edilib.
Elman Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqlayıb. Qarşıdakı strateji dövrdə əsas diqqətin böhrandan sonrakı inkişafa yönəldilməsinin vacibliyini qeyd edən Rüstəmov deyib ki, stabilləşmə və antiböhran institutu olaraq Mərkəzi Bank buna hazır olmalıdır. Onun sözlərinə görə cari ildə də makroiqtisadi sabitlik, ilk növbədə qiymətlərin sabitliyi qorunmalıdır. Mərkəzi Bank bütövlükdə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiya kimi uzunmüddətli strateji bir xəttin həyata keçirilməsində hökumətə dəstək verməlidir.
2011-ci il ərzində də Mərkəzi Bank bank sektorunda maliyyə sabitliyinin qorunması və idarə olunması, habelə maliyyə sektorunun inkişafının təşviqi potensialının artırılmasını, nağd pul dövriyyəsinin təşkili və tənzimlənməsinin beynəlxalq standartlaşmasını təmin etməlidir. Həmçinin 2011-ci ilin prioritetləri sırasında ödəniş sisteminin arxitekturasının modernləşdirilməsi, elektron hökumət konsepsiyası ilə bağlı hökumət tərəfindən təsdiq olunmuş bütün proqramlara Mərkəzi Bankın fəaliyyətinin daha geniş inteqrasiyası da yer alıb.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30