"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bığlı halda ictimaiyyət qarşısına çıxan yeni görünüşü ilə azarkeşləri təəccübləndirib.
Lent.az bildirir ki, X sosial şəbəkəsində (keçmiş Twitter) məşhur Actu Foot portalı Qvardiolanın boz bığlı şəkillərini nümayiş etdirib.
İspan mütəxəssisin yenilənmiş şəkli sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub. İstifadəçilər Qvardiolanı məşhur "Ted Lasso" serialındakı personaj, İkinci Dünya müharibəsi generalı və Rusiya millisinin keçmiş məşqçisi Stanislav Çerçesov ilə müqayisə ediblər.
54 yaşlı Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Bu müddət ərzində klub 6 dəfə İngiltərə Premyer Liqasının, 4 dəfə Liqa Kubokunun, 3 dəfə Superkubokun və iki dəfə İngiltərə Kubokunun qalibi olub. Bundan əlavə, onun rəhbərliyi altında “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının kuboklarını qazanıb.