Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB
29 iyul 2025 09:01 (UTC +04:00)

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

Xaçmazda dənizdə meyiti tapılan şəxsin kimliyi məlum olub. 

Lent.az xəbər verir ki, Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisində Xəzər dənizinin sahilində dənizdə çimərkən boğularaq ölən Əsəd-zadə Arif Sadıq oğlunun meyiti aşkar edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 21:37

Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.

Lent.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1762

Oxşar yazılar