İmtahanlarda texniki fırıldaqçılıqla  məşğul olan şəbəkə təşkilatçıları  saxlanıldı
28 iyul 2025 19:11 (UTC +04:00)

İmtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçıları saxlanıldı

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

Lent.az-ın xəbərinə görə, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) gördüyü tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində cinayət işi başlanılıb.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar