Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvləri barədə YENİ QƏRAR
28 iyul 2025 18:10 (UTC +04:00)

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvləri barədə YENİ QƏRAR

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin keçmiş üzvü Gündüz Mirzəyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zaur Əsgərova 5 il 6 ay, Gündüz Mirzəyevə isə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar