Dünən axşam saatlarında Şəki rayonunun Şin kəndi ərazisində 56 yaşlı kişi Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.