Cənubi Koreya Azərbaycana 22 milyon dollar ayıracaq
Bu gün Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, nazir Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi və bu ölkənin Azərbaycandakı səfiri Li Ci-Ha da iştirak edib.
Təhsil naziri Misir Mərdanov çıxışında Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və digər dövlət qurumlarının verdikləri dəstəkdən söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikamızda Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib, bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb.
Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını deyib. Onun sözlərinə görə, mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək. Nazir 4 saylı Bakı peşə liseyinin bazasında yaradılması nəzərdə tutulan mərkəzdə 2 illik ümumi və qısa müddətli kursların təşkil ediləcəyini söyləyib.
Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi Can Cey Mun isə çıxışında layihənin əsas məqsədlərindən danışıb. O qeyd edib ki, layihə çərçivəsində əsas və orta, eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə təhsili almasının mümkün olacaq. Koreyalı qonaq mərkəzdə ən yüksək tələblər səviyyəsində tədris şəraitinin yaradılacağını, şagirdlərin yataqxana ilə təmin ediləcəyini deyib. Can Cey Mun çıxışının sonunda Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.
Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci-Ha isə Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb. Ölkəsinin Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir bu layihənin də uğurla reallaşdırılacağına inandığını söyləyib.
Tədbirin sonunda məsələ ətrafında fikir mübadiləsi aparılıb, layihənin həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30