Rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir
“APA-ECONOMICS”in məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu il Azərbaycandakı stasionar rabitə müəssisələrinin birləşdirilərək onların bazasında Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması gözlənilir. Stasionar telekom şirkəti adlanacaq yeni ASC-yə ölkənin əsas rabitə müəssisələri – «Aztelekom», Bakı şəhər Telefon-Rabitə İstehsalat Birliyi və onların ətrafında olan digər müəssisələr daxil olacaq.
Səhmləri 100%-i dövlətə məxsus olan ASC-nin idarə edilməsi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olacaq. İkinci mərhələdə isə bu qurumun özəlləşdirilməsinə başlanacaq.
Əli Abbasovun sözlərinə görə, bununla da Azərbaycanın İKT bazarında normal bazar sistemi qurulacaq: «Yəni bazarda yalnız tənzimləyici orqan və özəl şirkətlər olacaq. Bu orqan özəl şirkətlər arasındakı münasibətləri tənzimləyəcək».

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30