Mərkəzi Bankın binası sökülməyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binası Bakı şəhərinin Heydər Əliyev prospektində tikiləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E. Rüstəmovun sözlərinə görə, AMB-nin yeni binası Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək: “1998-ci ildə bina istifadəyə verilərkən AMB-nin 200 işçisi vardı. İndi artıq Mərkəzi Bankın yeni strukturları, Maliyyə Monitorinq Xidməti, İpoteka Fondu və sairə mövcuddur. Ölkənin pul dövriyyəsi 10 dəfədən çox artıb”.
AMB sədri bildirib ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq. AMB-nin hazırkı binasının taleyinə gəlincə, E. Rüstəmov binanın söküləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. E. Rüstəmov bildirib ki, bu binanın tikintisinə o zaman 30 milyon dollar vəsait xərclənib. Bu bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16