Şabalıd 11, fındıq 12, qoz isə 3 faizdən çox bahalaşıb
Dövlət Statistika Komitəsi 2010-cu ilin dekabr ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi vəziyyətini açıqlayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, dekabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşıb. Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 6,1 faiz, kələmin 3,1 faiz, göyərtinin 5,3 faiz, xiyarın 0,4 faiz, qırmızı turpun 2,8 faiz, sarımsağın 0,4 faiz, göy soğanın 0,2 faiz, kartofun 2,2 faiz, quru otun 1,8 faiz, yoncanın istehsalçı qiymətləri 8,5 faiz artıb. Yaşıl paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 1,0 faiz, narın 3,6 faiz, feyxoanın 2,0 faiz, əzgilin 1,9 faiz, naringinin 3,7 faiz, almanın 4,4 faiz, armudun 3,9 faiz, şabalıdın 11,2 faiz, fındığın 12,2 faiz, qozun istehsalçı qiymətləri 3,4 faiz bahalaşıb. Limonun 0,4 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,2 faiz aşağı düşüb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,7 faiz, inək südünün 0,1 faiz, camış südünün 2,0 faiz, quzunun 0,1 faiz, qoyun südünün 1,5 faiz, qoyun ətinin (diri çəkidə) 1,6 faiz, hind toyuğunun 1,8 faiz, yumurtanın 9,5 faiz, quş ətinin (diri çəkidə) 3,1 faiz, təbii balın qiymətləri 1,1 faiz bahalaşıb. Donuz ətinin (diri çəkidə) 6,7 faiz, diri qazların istehsalçı qiymətləri isə 2,7 faiz ucuzlaşıb.
Ötən ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətləri 0,2 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,8 faiz bahalaşma müşahidə olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30