Müğənnilikdən qazandığını daşınmaz əmlaka investsiya edən Emrahın sərvəti ağızları açıq qoyub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin İstanbul və Bodrumda 300-dən çox mənzili olduğu, bu əmlaklardan ayda 10 milyon lirəlik kirayə gəliri əldə etdiyi iddia olunur.
Səhnə və televiziya fəaliyyətindən illərlə qazandığı vəsaiti ağıllı şəkildə dəyərləndirən Emrah, daşınmaz əmlak yatırımları ilə sərvətini artırıb.
Dubaydan 3,5 milyon dollarlıq ev alan sənətçi, İstanbul və Bodrumda 300-dən çox mənzilə sahibdir. Bu mülklərin ümumi aylıq kirayə gəlirinin 10 milyon lirəyə çatdığı deyilir.
İstanbulda 3 milyon dollara aldığı idman kompleksi ilə yanaşı, həmin layihədə 12 mağaza və bir dubleks mənzilə də malikdir. Bodrumda isə 8 milyon lirə dəyərində yeni bir sərmayəsi ilə diqqət çəkən Emrah, musiqi və seriallardan əldə etdiyi gəliri daşınmaz əmlakla dəyərləndirərək gəlirini çoxaldıb.