"Gündəlik Bakı" qəzetinin həbsdəki baş redaktorunun  cəzası azaldıldı
29 iyul 2025 18:27 (UTC +04:00)

"Gündəlik Bakı" qəzetinin həbsdəki baş redaktorunun cəzası azaldıldı

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il azadlıqdan məhrum edilib.

Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar