Goranboyda yük maşını atı vurub öldürdü
29 iyul 2025 20:31 (UTC +04:00)

Goranboyda yük maşını atı vurub öldürdü

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, insident rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi MAN markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub. Nəticədə heyvan hadisə yerində tələf olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar