Sabirabadın 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Lent.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, diametri 315 və 160 mm olan “Ulacalı-Suqovuşan” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə iyulun 30-u saat 10:00-dan etibarən sınaq işləri həyata keçiriləcək. Proses başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.