Yaylaqda torpaq davası qətliama  çevrildi
29 iyul 2025 13:48 (UTC +04:00)

Yaylaqda torpaq davası qətliama çevrildi

Giresunun Dərəli rayonundakı Kümbet yaylağında bu gün səhər saatlarında başlayan torpaq mübahisəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kümbet yaylağının Şıh tayfasında iki qonşu ailə arasında torpaq üstündə mübahisə qısa zamanda silahlı döyüşə çevrilib. 

Hadisə zamanı Haşim Gençalioğlu, Mustafa Kıramanoğlu və Ayşe Kıramanoğlu həlak olub, uşaq S.K. isə yaralanaraq xəstəxanaya aparılıb. Əraziyə jandarma və tibb işçiləri sövq edilib, hadisə ilə bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar