Mərkəzi Bank köçürülür
19 yanvar 2011 11:49 (UTC +04:00)

Mərkəzi Bank köçürülür

Ölkənin baş bankının Bakı şəhərinin mərkəzindəki binadan, Heydər Əliyev prospekti boyunca yeni yaradılan inzibati mərkəzə köçürülməsi nəzərdə tutulub.


Xatırladaq ki, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondunun yeni inzibati binaları da bu ərazidə tikilir. «APA-ECONOMICS»in məlumatına görə, Mərkəzi Bankın yeni binasının da burada – Bakı Soyuducular Zavodunun («Çinar» İstehsalat Birliyi, «Ulduz» metro stansiyası) yaxınlığında inşa edilməsi planlaşdırılır.


Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 1998-ci ildə istifadəyə verilən və təqribən 50 mln. ABŞ dollarına başa gələn hazırkı binası dövlət qurumlarının inzibati binaları arasında ən müasir infrastruktura və dizayna malikdir. Bununla yanaşı, binanın yerinin uğurlu seçilmədiyi hələ onun istifadəyə verilməsi zamanı məlum idi. Yeni binanın 1998-ci ilin oktyabrında təşkil olunan açılış mərasimində prezident Heydər Əliyev yerin düzgün seçilmədiyini, onun Bakının memarlıq, şəhər quruculuğu sistemini, eləcə də Bakı şəhərinin Baş Planına uyğun olmadığını deyib, hətta buna görə şəhərin baş memarına xəbərdarlıq edib.


Qeyd edək ki, AMB-nin yeni binasının tikintisi ilə bağlı hazırlıq işləri xeyli əvvəl başlanıb. AMB-nin yeni binasının layihəsi artıq hazırlanıb. Binanın dizaynını Avstriyanın məşhur «Coop Himmelb(L)Au» dizayner şirkəti tərtib edib. Bu şirkət Avropa Mərkəzi Bankının binasının da dizaynının müəllifidir.


Ötən il isə Mərkəzi Bank AMB-nin inzibati binasının tikintisi sahəsində mühəndis-geoloji tədqiqat işlərinin aparılması ilə bağlı kotirovka sorğusu elan edib. Bu işlər ərazidə qazılan quyuların xüsusi məhlullarla doldurulmasını nəzərdə tuturdu. Amma sonradan bu işlər müvəqqəti təxirə salınıb.


Qeyd edək ki, Mərkəzi Bankdan məsələ ilə bağlı rəsmən şərh verməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar