“QƏŞŞŞŞƏNG” kampaniyasında 19 min müştəri iştirak edib
“Unibank”dan Lent.az-a verilən məlumata görə, “Mobitel” şirkətinin dəstəyilə təşkil olunan bu aksiyada dekabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan daha 50 müştəri “Nokia Supernova 7210” mobil telefonları qazanıblar. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunub. Onların tam siyahısı “Unibank”ın rəsmi saytında (www.unibank.az) və “ZAMAN-Azəri” qəzetinin ötən şənbə günü çıxan nömrəsində açıqlanıb.
“Unibank”da deyirlər ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak ediblər. Nəticədə, ötən ayın yekunlarına görə Bankın 4581 müştərisi “QƏŞŞŞŞƏNG” kampaniyasına qoşularaq lotereyada iştirak üçün şans qazanıb. “QƏŞŞŞŞƏNG” kampaniyası çərçivəsində ““Unibank”la pul köçürün və ya alın, “Mobitel” zəmanətli Nokia Supernova telefonları qazanın!” tirajlı stimullaşdırıcı lotereyada ümumi hesabla 19 minə yaxın müştəri iştirak edib.
Xatıladaq ki, hazırda “Unibank” 8 pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Contact” ilə işləyir. 2010-cu ildə Bankda pul köçürmələrinin həcmi 94 faiz artıb.

Oxşar yazılar

Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28