(R) “AXA MBASK” özünün ilk sığorta agentliyini açır - FOTO
17 yanvar 2011 12:50 (UTC +04:00)

(R) “AXA MBASK” özünün ilk sığorta agentliyini açır - FOTO

Beləliklə, “Xəzər” agentliyi, AXA MBASK-ın tam dəstəyi ilə açılmış ilk agentlik oldu. Agentliyin fəaliyyəti fiziki hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə sığorta olunmanın bütün növləri üzrə işə istiqamətlənəcək.

Bu hadisəni şərh edən agentliyin direktoru Əsgər Ocaqverdiyev qeyd edib ki, agentliyi açmaqla və məhz AXA MBASK ilə saziş bağlamaqla, biz öz seçimimizin düzgünlüyünə əminik: “Ölkədə sığorta olunmanın inkişaf etməsi ilə, agent fəaliyyəti get-gedə daha sərfəli biznesə çevrilir, AXA-nın dünyəvi brendi və yüksək servis səviyyəsi ilə isə biz müştərilərimizə təklif olunacaq sığorta məhsullarının yüksək keyfiyyətində əminlik əldə edirik. AXA MBASK təkcə bizə agentliyin açılması prosesində tam dəstək vermir, ən əsası odur ki, sərfəli maddi motivasiya sistemini, keyfiyyətli texniki və anderraytinq dəstəyini verir”.

““Xəzər” agentliyinin fəaliyyətinin prioritet təşkil edən istiqamətləri müştərilərlə kommunikasiyanın səmərəlilik səviyyəsinin daha da yüksəldilməsi, agent satışlarının yüksək səviyyəsini əldə etməyə imkan verən sistemin qurulması olacaqdır”, - deyə A.Ocaqverdiyev bildirdi.

AXA MBASK Sığorta Şirkəti İdarə Heyəti Sədrinin Birinci Müavini Rəşad Abbasovun sözlərinə görə, “Agentliklərin açılması ilə biz sığorta olunmanı müştərilər üçün daha da əlverişli edirik. Beynəlxalq təcrübə göstərir ki, agentlərsiz və agentliklərsiz pərakəndə satışın inkişafı praktiki olaraq mümkün deyildir. Biz şirkətdə pərakəndə satış modelini tamamilə yenidən qurduq və bu modeldə ən böyük rolu məhz sığorta agentlikləri oynayacaqlar. AXA MBASK, agent fəaliyyəti ilə məşğul olmaq istəyən yerli sahibkarları tam mənada dəstəkləməyə hazırdır. “Xəzər” agentliyinə onların bu başlanğıcında müvəffəqiyyətlər arzulayırıq və əminik ki, istər Bakıda, istərsə də regionlarda, digər agentliklər də “Xəzər”in ardınca gedəcəklər”.

Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti əsas səhmdarını dəyişmişdi. Şirkətin səhmlərinin nəzarət paketini (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsi ilə AXA Group (Fransa) əldə etmişdi.

AXA Group – maliyyə mühafizəsi sahəsində dünya lideridir. AXA Group öz fəaliyyətini, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirməklə, bütün dünya üzrə 57 ölkədə həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar