Mingəçevir SES-i sökürlər
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir SES-də 1 saylı hidroaqreqatda da bu proses davam edir və təkcə işçi çarxın sökülməsi qalıb. Vaxtilə tikintisi dondurulmuş mexaniki təmir korpusunda isə tikinti işləri davam etdirilir. Baş idarəetmə şiti üçün inşa ediləcək binanın özül yeri hazırlanıb. Yenilənməsi nəzərdə tutulmuş 110, 220 və 330 kV-lik yarımstansiyaların ərazilərində planlaşdırma işləri həyata keçirilir.
Müqaviləyə əsasən, qurğu və avadanlıqlar əsasən Fransanın “Areva” şirkətindən alınır. Yarımstansiyalar üçün sifariş verilmiş avadanlıqlar stansiyaya daxil olmaqdadır və onlar mərkəzi anbara yığılır. Çin Xalq Respublikasının “SNEEC” şirkəti isə 200 MVA-lıq transformatoru artıq “Minəçevir SES”ə çatdırıb.
“Mingəçevir SES”in fəaliyyətdə olan 110, 220 və 330 kV-lik yarımstansiyalarında bütün avadanlıqlar, hətta elektrik dirəkləri də daxil olmaqla yeniləri ilə əvəz ediləcəkdir. Bununla yanaşı, stansiyada 6 ədəd disk bağlayıcısının təzələnməsi üçün də avadanlıqlar alınacaq. Suqəbuledicidəki, aşağı byefdəki və təmir bazasındakı kranların bəzi hissələri - elektriki və mexaniki hissələri yenisi ilə əvəz olunacaq. Bu ehtiyat hissələr də artıq stansiyaya gətirilib.
Silsiləni tamamlayan “Varvara SES”də də yenidənqurma işlərinə start verilib. Bir saylı hidroaqreqat tam sökülərək metalların daşınması üçün çıxdaş edilir. Kür çayının aşağı məcrasında, habelə sağ və sol sahil bəndlərinin yuyulmuş hissələrində bərpa-bərkitmə işləri aparılır. Kranlar üçün ehtiyat hissə kimi güc kabelləri, elektrik mühərrikləri və reduktorlar da artıq stansiyaya gətirilib.
Xatırladaq ki, altı hidroaqreqat üzərində qurulmuş stansiyanın gücü dörd hidroaqreqat yeniləndikdən sonra xeyli artıb. Son iki hidroaqreqat da yenidən qurulduqdan sonra stansiyanın ümumi gücünün 420 meqavata çatdırılması təmin olunacaq.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30