“Ümid”də növbəti kəşfiyyat quyusunun qazılmasına hazırlıq gedir
“SOCAR ÜMİD” MMC-nin sifarişi ilə “Ümid” perspektiv qaz-kondensat strukturunda 8 nömrəli kəşfiyyat quyusunun qazması başa çatdırılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, quyuda qazma işlərinə 2009-cu ilin sentyabrında başlanıb.
2010-cu ilin noyabr ayında isə quyu məhsuldar qatın VII horizontundan 6006 metr dərinliyə çatdırılıb və burada sənaye əhəmiyyətli qaz-kondensat ehtiyatı aşkar edilib. Əldə olunmuş nəticə qazmaçılarda böyük ruh yüksəkliyi yaradıb. Hazırda növbəti 10 nömrəli kəşfiyyat quyusunun qazılmasına hazırlıq gedir.
Qazma qurğusu 3,3 metr sürüşdürüləcək, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra qazma prosesinə başlanacaq. Layihə dərinliyi 6500 metr olan quyuda qazma işlərinin bu ilin sonu, 2012-ci ilin əvvəllərində başa çatdırılacağı proqnozlaşdırılır.
Qeyd edək ki, dənizin 58 metr dərinliyində quraşdırılmış “Ümid” platformasından ümumilikdə 6 quyunun qazılması nəzərdə tutulub. Qazılacaq hər quyudan sutkada 1-1,5 milyon kubmetr qaz, 300-350 ton kondensat hasil ediləcəyi gözlənilir. Qazma işləri ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış “Sahil” Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. İdarə ən yeni texnika və texnologiyadan istifadə edərək xüsusilə dərin quyularda qazma işlərinin aparılması üzrə ixtisaslaşıb.
İdarədə 3 qazma dəzgahı vardır ki, bunlar da N. Nərimanov adına NQÇİ-nin işlədiyi neft-qaz yataqlarında istismar olunur. Qazma işləri zamanı müasir standartlara cavab verən texnika və texnologiyalardan geniş istifadə edilir. Bu da quyuların sürətli və təhlükəsiz qazılmasına zəmin yaradır.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30