Gəncə və Şəkidə daşınmaz əmlaka dair mühüm layihə
Gəncə və Şəkidə Almaniyalı mütəxəssislərin iştirakı ilə Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrasına başlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi Gəncə şəhəri və Şəki rayonlarında daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və kadastrı sisteminin daha da inkişaf etdirilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi və çevikliyin daha da artırılmasıdır. Layihə çərçivəsində daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi ilə bağlı Gəncə və Şəkinin mükəmməl rəqəmsal kadastr xəritələri yaradılacaq.
Komitədə bildirirlər ki, layihə nəticəsində Gəncə şəhəri və Şəki rayonu əhalisi üçün özəlləşdirilmiş torpaq və daşınmaz əmlakdan daha yaxşı istifadə etmək imkanı yaratmaq, eləcə də şəffaf və səmərəli fəaliyyət göstərən daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırması nəzərdə tutulur. Əldə edilən məlumatlar dövlət və bələdiyyələr tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inzibatçılığı və idarə edilməsi istiqamətində əlverişli mexanizmin yaradılmasına şərait yaradacaq.
Layihənin iki mərhələdən ibarətdir və ilk mərhələ məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı layihəsinə beynəlxalq məsləhətçi cəlb etməklə bağlı Almaniyanın KfW Bankı tərəfindən keçirilən tenderdə bu ölkənin GFA/GCİ Consortium məsləhətçi şirkəti qalib gəlmişdir. Beynəlxalq məsləhətçi şirkət 2011-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq və artıq onun fəaliyyətinə dair iş planı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunub.
Layihənin icrası istiqamətində pilot işlərin Gəncə və Şəki rayonları ərazisində pilot bələdiyyələrin və layihə üzrə işlərin aparılacağı konkret pay torpaqlarının müəyyənləşdirilməsi istiqamətində işlərin icrasına başlanıb. Layihə həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutur. Belə ki, kadastr məlumatlarının yeniləşməsi üçün aparılacaq mərzçəkmə işlərinin özəl sektorla birgə həyata keçirilməsi planlaşdırılır.
Layihə nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxt itkisinin aradan qaldırılması, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin və operativliyin daha da artırılmasına nail olunacaq. Həmçinin özəl torpaq sahiblərinin və bələdiyyələrin məlumat bazasının qeydiyyatı və kadastr xəritələri tamamilə yeniləşdiriləcək, onların mütəmadi tənzimlənməsi üçün sistematik yanaşmalardan istifadə ediləcək. Bundan başqa, layihənin sonunda torpaq islahatı zamanı torpaq hissələri üzərində atributların böyük hissəsində yaranan problemlər aradan qaldırılacaq, dövlət, bələdiyyə, özəl torpaqların və bələdiyyələrin digər hər hansı qeyri-dövlət torpağı kimi qeydiyyata alınacağı torpaqların sərhədlərinin sistematik və dəqiq müəyyən edilməsi işləri reallaşacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30