Vergilər naziri əmr verib
Vergilər nazirinin müvafiq əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirin digər əmri ilə Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.
Bakı şəhəri Vergilər Departamenti xidmət etdiyi vergi ödəyicilərinin sayına görə Vergilər Nazirliyinin ən iri strukturudur. Departament eyni zamanda kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir. Bakı şəhəri Vergilər Departamentinin üç müstəqil idarəsi fəaliyyət göstərir. Bunlar Bəyannamələrin qəbulu və işlənməsi, Vergi borclarının məcburi alınması və Vergi ödəyicilərinə xidmət idarələridir. 2011-ci ildə Bakı şəhəri Vergilər Departamentində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 865 mln. manat məbləğində vergilərin ödənilməsi nəzərdə tutulub.

Oxşar yazılar

Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21