ARDNŞ-in 2011-ci il üçün əsas vəzifələri müəyyənləşdi
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2010-cu ildə Şirkətin fəaliyyətinin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
ARDNŞ-in fəaliyyətinin müxtəlif sahələri üzrə məruzələr dinlənilib və ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrə yekun vuran ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib və 2011-ci il üçün Şirkətin fəaliyyət preoritetlərinin müəyyən olunduğunu qeyd edib.
Şuranın qərarı ilə neft və qaz ehtiyatlarının artırılması, qazma həcminin genişləndirilməsi, “Günəşli” və “Neft Daşları” yataqlarında yeni özüllərin tikilib istismara verilməsi, yeraltı qaz anbarlarında və kompressor stansiyalarında yenidənqurma işlərinin başa çatdırılması, neft, qaz emalı və neft kimyası kompleksində məhsul çıxımının artırılması, istehsal olunan benzinlərin keyfiyyətinin yaxşılaşdırılması, bu kompleksin qarşıdakı 6-8 il müddətində səmərəli işləməsi üçün lazım gələn digər layihələrin icra edilməsi, habelə ARDNŞ-nin beynəlxalq reytinq göstəricilərinin daha da yüksəldilməsi 2011-ci ildə ARDNŞ-in qarşısında duran başlıca vəzifələr kimi təsdiq olunub.

Oxşar yazılar

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35
Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49