İqtisadçılar müəllimlərə dərs keçib
İqtisadi Tədqiqatlar (İTM) Mərkəzinin təşkilatçılığı ilə Gəncədə “İqtisadiyyatın tədrisinin aktiv metodları” mövzusunda 3 günlük seminar başa çatıb. Orta məktəblərdə iqtisadiyyat müəllimləri üçün nəzərdə tutulan seminarda Gəncə şəhərinin bütün ümumtəhsil məktəblərini təmsil edən 35 nəfərə yaxın dinləyici iştirak edib.
İTM-in sədri Qubad İbadoğlu Lent.az-a bildirib ki, bu proqram ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının metodiki və maliyyə dəstəyi, Təhsil Nazirliyinin, Gəncə Şəhər Təhsil Şöbəsinin və Metodiki Mərkəzin təşkilati dəstəyi ilə keçirilib. Proqramın əsas məqsədi isə orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlərinin pedaqoji ustalığını artırmaq, onları iqtisadiyyatın məzmunu, bu sahədəki yeni meyllər, tendensiyalar və anlayışlarla bağlı məlumatlandırmaqdır. Bununla da orta məktəblərdə iqtisadiyyatın tədrisinin daha yaxşı təşkil olunmasına əlavə stimul yaradılmış olur.
Qubad İbadoğlu bildirib ki, Azərbaycan məktəblərində iqtisadiyyat fənnini tədrisi ilə daha çox tarix, coğrafiya və riyaziyyat müəllimləri məşğul olur. Bu səbəbdən də onlar iqtisadiyyatın məzmunu, yeni tendensiyalar və meyllərdən məlumatları yetərli deyil: “Belə olan halda bu iqtisadiyyat fənnini tədris edən müəllimlərin belə seminarlara böyük ehtiyacı var. Biz bu ehtiyacları nəzərə alaraq çalışırıq ki, hər il müxtəlif bölgələrdə belə seminarlar təşkil etməklə region məktəblərində çalışan müəllimlərin təkmilləşməsinə nail olaq”.
Xatırladaq ki, Azərbaycan məktəblərində iqtisadiyyat fənni X-XI siniflərdə tədris olunur. İTM bu fənni tədris edən müəllimlər üçün belə bir seminarı ötən il Qubada keçirmişdi. Növbəti illərdə seminarların digər bölgələrdə keçirilməsi nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35
Təbrizdən Bakıya uçuşlar bərpa olundu
29 iyul 2025 , 17:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49