Qaz hesabatı açıqlandı
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ay ərzində yeraltı qaz anbarlarına 22 milyon 190 min kubmetr “mavi yanacaq” vurulub, 160 milyon 961 min kubmetr götürülüb.
Bununla da dekabr ayı ərzində 1 milyard 048 milyon 753 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 932 milyon 830 min kubmetr təbii qaz verilib, Gürcüstana 38 milyon 728 min kubmetr, Rusiyaya 40 milyon 317 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 36 milyon 878 min kubmetr “mavi yanacaq” ötürülüb.
ARDNŞ 2010-cu ildə Azərbaycanın yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Yanvar-dekabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 11 milyard 509 milyon 420 min kubmetr “mavi yanacaq” verib. Bu da proqnozdan 1 milyard 179 milyon 420 min kubmetr çoxdur. Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı üzrə müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 804 milyon 183 min kubmetr “mavi yanacaq” götürülüb. Eyni zamanda yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 924 milyon 413 min kubmetr qaz vurulub.
Beləliklə, 2010-cu ilin yanvar-dekabr ayları ərzində 10 milyard 389 milyon 190 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 8 milyard 921 milyon 757 min kubmetr təbii qaz verilib, Gürcüstana 339 milyon 158 min kubmetr, Rusiyaya 799 milyon 751 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 328 milyon 524 min kubmetr “mavi yanacaq” ötürülüb. ARDNŞ tərəfindən “Azəriqaz”ın qaz-nəql sistemində və “Azneft” İB-nin Qaz anbarlarının istismarı İdarəsinin kompressor təsərrüfatında yerinə yetirilmiş texniki işlər nəticəsində qazgötürmə mövsümünün əvvəlindən 1 yanvar 2011-ci il tarixinədək yeraltı qaz anbarlarında 3,1 milyard kubmetrə yaxın qaz tədarük edilib.

Oxşar yazılar

Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21