“Onlar da hədiyyə gözləyirlər...”
“Azercell Telekom” MMC “Onlar da hədiyyə gözləyirlər...” adlı layihəyə start verir. Bununla da şirkət “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirmək niyyətindədir.
“Azercell Telekom” MMC-dən Lent.az-a verilən məlumata görə, bu layihəsinin unikallığı ondadır ki, istənilən şəxs valideyn himayəsindən məhrum uşaqların bayramına əvəzsiz töhfə verə bilər. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hazırda “Park Bulvar” alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb. Ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər. Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir.
Hədiyyələrin təqdim edilməsi üçün “Azercell Telekom”un dəstəyi ilə dekabrın 28-də “Landmark”ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçiriləcək. Mərasimdə uşaqlara “Onlar da hədiyyə gözləyirlər...” layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanacaq. Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş uşaqları məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni il bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir.
Xatırladaq ki, “Onlar da hədiyyə gözləyirlər...” layihəsi dekabrın 26-dək keçiriləcək.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09