Neftçalada quyulardan çıxarılan yodlu suyun çəndən sızması aşkarlanıb
“Azər-Yod” MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini adından “Azər-Yod” MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşma ilə əlaqədar daxil olmuş şikayət məktubu Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, “Azər-Yod” MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının buraxılması hallarının olmadığı, lakin “Azər-Yod” MMC-nin Neftçala yatağının 954, 712, 904, 982, 961 və 962 saylı quyularından çıxarılan yodlu suyun toplandığı 80 saylı çənin ətrafına mədən suyunun sızması müəyyən edilib.
Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Azər-Yod” MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Oxşar yazılar

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35