DəmirBank-dan “Pul köçürən və alanlara kontur hədiyyə” aksiyası
Aksiyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq kontur kartı hədiyyə olunur. Köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq kontur kartı hədiyyə olunur.
DəmirBank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.
“Pul köçürmə xidmətlərinin inkişaf proqramı üzrə DəmirBank bu il yeni köçürmə sistemlərinə qoşulub. Müştəri məmnunluğunun yüksəldilməsi üçün Bank müştərilərə kontur kartlarının hədiyyə olunması aksiyasına başlayıb. Buna əlavə olaraq yaxın vaxtlarda pul köçürmə müştəriləri arasında uduş kampaniyası keçirməyi planlaşdırırıq və bununla bağlı hazırlıq işləri həyata keçirilir” – deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
DəmirBank-ın hazırda Bakı və regionlarda 30 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif bölgələrində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.
Bankın təcili pul köçürmə xidmətləri və “Pul köçürənə / alana kontur hədiyyə” aksiyası barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

880