Özəlləşdirmə çeklərinin müddəti uzadılmayacaq
Yanvarın 1-dən etibarən Azərbaycanda özəlləşdirmə çeklərinin müddəti başa çatır. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, çeklərin dövriyyəyə buraxılması 1996-cı il yanvar ayının 1-dən başlayıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb və qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.
Komitədə bildirirlər ki, özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-ə, 2004-cü il iyulun 1-ə, 2008-ci il yanvarın 1-ə kimi çeklərdən istifadə müddəti artırılıb. Ölkə başçısının “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2009-cu il tarixli fərmanı ilə sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Həmin fərmana əsasən dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatır.
Komitədə deyirlər ki, Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri də artıq müəyyənləşib. Belə ki, prezidentin 22 iyun 2010-cu il tarixdə imzaladığı müvafiq fərmana əsasən, özəlləşdirmə paylarının müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakı yeni mexanizmlər vasitəsilə təmin ediləcək. Bu mexanizmlər dövlət əmlakının yalnız pulla özəlləşdirilməsini nəzərdə tutur.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18