DəmirBank-ın yeni “Ağsu” filialı fəaliyyətə başladı
Ağsu rayonu M.Ə. Rəsulzadə küçəsi 62 ünvanında yerləşən “Ağsu” filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filialın müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
Ağsu filialı Western Union, Contact, Bıstraya Poçta, Blizko, PrivatMoney, Zolotaya Korona və Coinstar beynəlxalq köçürmə sistemlərinə qoşulub, bu da əhaliyə 200-dək ölkə üzrə pul vəsaitini almaq və göndərmək imkanı verir. Əhali həmçinin ölkə daxilində köçürmələr üçün Bankın Şimşək köçürmə sistemindən istifadə edə bilər.
“Ağsu rayonunda yeni filialın açılışı bizim üçün, eləcə də müştərilərimiz və rayonun ictimaiyyəti üçün əlamətdar hadisədir. Keyfiyyətli bank xidmətinin göstərilməsi üçün filialda zəruri şərait yaradılıb. Filial regionda kreditləşmənin və bank xidmətlərinin genişlənməsinə kömək edəcək. Bankın inkişaf strategiyasına əsasən gələcəkdə Bakı və regionlarda yeni filialların açılması gözlənilir” – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.
Yeni filialın açılması ilə DəmirBank-ın filiallarının sayı 30-a yüksəlmişdir. Onlardan 13-ü Bakıda, 17-si isə müxtəlif regionlarda – Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Bankın xidmətləri barədə daha ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09