Azərbaycanın sədrliyi ilə Kiyevdə tədbir
Ukraynanın Kiyev şəhərində Azərbaycanın sədrliyi ilə GUAM-ın Nəqliyyat üzrə İşçi Qrupunun 6-cı iclası keçirilir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda Azərbaycan tərəfindən işlənib hazırlanmış “GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası” layihəsinin yekun razılaşdırılması, üzv dövlətlər arasında nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. İki günlük tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov və şöbənin baş məsləhətçi Azər Əliyev təmsil edir.
Xatırladaq ki, GUAM-a üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 2006-cı ildə Nyu-Yorkda keçirilmiş 1-ci iclasında Azərbaycan 2007-2008-ci illər üçün Nəqliyyat üzrə İşçi Qrupunda əlaqələndirici ölkə təyin edilmişdi. Şuranın 2008-ci il 4-5 dekabr tarixlərində Helsinkidə keçirilmiş 8-ci iclasında isə ölkəmizin növbəti ikiillik müddətə bu qrupda əlaqələndirici ölkə qismində saxlanılmasına qərar verilmişdi.
Nəqliyyat Nazirliyində bildirirlər ki, Azərbaycanın İşçi Qrupda əlaqələndirici olduğu dövr ərzində “GUAM üzv dövlətlərinin Hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında Saziş”i hazırlanaraq, 2007-ci ildə Bakı Sammiti çərçivəsində imzalanıb. GUAM-ın 2008-ci ildə Batumidə keçirilmiş Zirvə Toplantısında dövlət başçıları “GUAM-ın nəqliyyat potensialının istifadəsi və tranzit dəhlizinin inkişaf etdirilməsinə dair Bəyanat” qəbul etmişdi. Bu Bəyanata əsasən, GUAM dövlətlərinin nəqliyyat potensialından tam istifadə edilməsi, bununla bağlı nəqliyyat dəhlizi konsepsiyasının hazırlanması və infrastruktur layihələrin reallaşdırılması nəzərdə tutulur. Bəyanatın icrası olaraq, Azərbaycan tərəfindən “GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası” layihəsi işlənib müzakirəyə çıxarılıb.
GUAM çərçivəsində üzv-dövlətlər arasında daşımaların həcminin artırılması və onların nəqliyyat sistemlərinin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası məqsədi ilə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin İliçevsk və Odessa limanları vasitəsi ilə VİKİNQ kombinəedilmiş daşımalar qatarının marşrutuna birləşdirilməsi Azərbaycan tərəfindən təklif edilib və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09