11 ayda 1490,1 min kvadratmetr yaşayış evləri tikilib
Dövlət Statistka Komitəsindən Lent.az-a bildiriblər ki, ilin 11 ayında tikilən obyektlər sırasındha növbədə 530 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 540 yerlik məktəbəqədər uşaq baxçası, 140 yerlik klub da var. Bundan başqa, Bakı şəhərində “Dalğa Plaza” İŞ, “Park Bulvar” Ticarət, İstirahət və Sərgi mərkəzləri, Qranit-mərmər zavodu, Naxçıvan MR-da Avtomobil zavodu, Ordubad Su Elektrik stansiyası, “Gəmiqaya” Daş məhsulları Sənaye kompleksi, Beton zavodu, Məhdud imkanlılar üçün Regional İnformasiya mərkəzi, Naxçıvan-Sədərək Avtomobil yolu, Gəncə şəhərində “Ramada Plaza” və Balakən rayonunda “Qubek” mehmanxanaları, Qəbələdə “Fitnes” Sağlamlıq mərkəzi, “Gilan” Piano fabriki, Avtovağzal binası, “Qafqaz Resort” və “Qafqaz Riverside” mehmanxanaları, Meyvə-tərəvəz Soyuducu anbarı, Abşeron rayonunda Duz zavodu, Biləsuvarda Konserv zavodu, Regional Ana və Uşaq mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika mərkəzi, Şahmat mərkəzi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Regional Boks mərkəzi, Dondurma fabriki, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Ağstafa rayonunda Mineral su istehsalı sexi, Göyçay, Balakən, Ağdaş və Horadizdə Olimpiya İdman kompleksləri, Mingəçevirdə “Kür” Olimpiya Tədris-idman mərkəzi, Şahmat məktəbi, Füzuli rayonunda Tibb mərkəzi və Muğam evi də bu il istismara verilib.
İnşasına əvvəlki illərdə və bu il başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 11 ay ərzində 2285,4 milyon manatından istifadə olunub.
Elxan SALAHOV
İnşasına əvvəlki illərdə və bu il başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 11 ay ərzində 2285,4 milyon manatından istifadə olunub.
Elxan SALAHOV
837