2 milyon ton taxıl, 953 min ton kartof yığılıb
Dekabrın 1-dək ölkənin kənd təsərrüfatı bölməsində qarğıdalı da daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711,0 min ton meyvə və giləmeyvə tədarük olunub.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, artıq aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Bu ilin 11 ayında 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218,0 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunub. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb. Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 7,1 faiz yüksəlib, bitkiçilik məhsulları istehsalı 9,0 faiz və kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz azalıb.
2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılıb, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602,0 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34