Azərbaycan Çinə neft ixracı sahəsində ilk addımı atdı
Bu günlərdə ARDNŞ Prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına və Sinqapura səfər edib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Çinə səfər çərçivəsində Pekin şəhərində ARDNŞ ilə bu ölkənin “Zhen Rong” şirkəti arasında ikitərəfli əməkdaşlıqla bağlı danışıqlar aparılıb, Azərbaycan mənşəli xam neftin Çin Xalq Respublikasına təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
Sinqapurda ADRNŞ nümayəndə heyəti ilə Tailandın PTT şirkətinin nümayəndələri arasında da görüş keçirilib. Görüş zamanı tərəflər ötən 5 il müddətində aparılmış ikitərəfli əməkdaşlığın nəticələrini müzakirə edib, qarşıdakı dövr üçün perspektivləri dəyərləndiriblər. Danışıqların yekunu kimi tərəflər arasında Sinqapur yaxınlığında PTT şirkətinə məxsus “üzən neft anbarı”nın birgə istifadəsi barədə Memorandum imzalanıb. Bu Memorandumun həyata keçirilməsi Azərbaycan neftinin Asiya bazarına ixracının diversifikasiya olunmasına imkan verəcək və beləliklə, Azərbaycan neftinin ixracının səmərəliliyinin artırılmasına xidmət göstərəcək.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09