Sinqapurda “Bakı Gəmiqayırma Zavodu MMC” Birgə Müəssisəsinin təsis müqaviləsi imzalanıb
ARDNŞ prezidenti Rövnəq Abdullayevin Sinqapura səfəri çərçivəsində bu ölkənin Keppel şirkətinin baş ofisində ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Keppel Offshore and Marine” (KOM) şirkəti arasında Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar yaradılacaq Birgə Müəssisənin təsis müqaviləsi imzalanıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı Gəmiqayirma Zavodu MMC” adlanacaq Birgə Müəssisənin təsis müqaviləsini ARDNŞ prezidenti Rövnəq Abdullayev, AİŞ direktoru Əfqan İsayev və KOM-un Baş icraçı direktoru Tong Chong Heong imzalayıblar.
Mərasimində “Keppel” Korporasiyasının baş icraçı direktoru, KOM Direktorlar Şurasının sədri Choo Chian Beng iştirak edib. Müqaviləyə əsasən, yeni yaradılacaq Birgə Müəssisədə ARDNŞ - 65%, AİŞ- 25%, KOM isə 10% paya malikdir. KOM-a növbəti 3 il ərzində öz payını daha 10% artırmaq hüququ da verilir.
Xatırladaq ki, 2009-cu ilin sonunda tərəflər arasında Azərbaycanda yeni gəmiqayırma zavodunun inşası ilə əlaqədar Anlaşma Memorandumu (Müqavilə Başlıqları) imzalanıb və 19 mart 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. Həmin mərasimdə Sinqapur Respublikasının xarici işlər naziri Georg Yeonun rəhbərliyi ilə Sinqapur nümayəndə heyəti də iştirak edib. Hazırda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın “Royal Haskoning” və Niderlandın “TTC” şirkətləri tərəfindən zavodun layihələndirmə işləri həyata keçirilir. Eyni zamanda paralel olaraq zavodun tikiləcəyi ərazidə torpaq işləri aparılır və sahənin geniş tikinti üçün hazırlanması davam etdirilir.
Tikinti işlərinin həyata keçirilməsi üçün dəvət olunacaq potensial şirkətlər arasında onların bu işləri aparmaq imkanlarını yoxlamaq məqsədi ilə tenderqabağı sorğu keçirilib və tenderə dəvət olunacaq şirkətlərin son siyahısı hazırlanıb. Zavodun 2013-cü ilin iyun ayında fəaliyyətə başlaması planlaşdırılır. Müəssisənin istehsal gücü ildə 25000 ton metal konstruksiyaların istehsalına bərabərdir. Zavod ildə 4 ədəd 15000 ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaq. Ümumiyyətlə, Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin hazırlanmasıdır.

Oxşar yazılar

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27