Külək enerjisi istehsal edən parkımız olacaq
Yerli “Caspian Technology” şirkətinin həyata keçirdiyi Şurabad layihəsi Bakı-Quba avtomobil magistralı yaxınlığında ümumi gücü 48 MVt olan külək elektrik stansiyalarının qurulmasını nəzərdə tutur.
Şirkətin texniki direktoru Nəzir Ramazanov “APA-ECONOMICS”ə bildirib ki, bu işlər çərçivəsində Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən Şurabad ərazisində “Vestas” şirkətinin istehsalı olan, hər birinin gücü 3 MVt olan 16 külək elektrik stansiyası qurulacaq. Artıq bununla bağlı işlərə başlanılıb: “Hazırda tikinti gedir, yollar çəkilib və indi ora bünövrə hissələri çatdırılır”. Qeyd edək ki, Almaniya və Danimarkadan gətirilən bu qurğuların hündürlüyü 80 metr, pərinin diametri isə 90 metr olacaq.
Enerji parkında enerji istehsalına 2011-ci ilin II rübündən başlanacaq və burada ildə 201 mln. kVt/saat enerji istehsal ediləcək. Bu, təqribən 57 mln. kubmetr qaza qənaət deməkdir. Şirkət buradan hasil olunan enerjini “Bakıelektrikşəbəkə” ASC-yə satacaq. “Caspian Technology” ilə “Bakıelektrikşəbəkə” arasında imzalanmış müqaviləyə əsasən, şəbəkə külək enerjisinin hər 1 kVt/saatını 4,5 qəpikdən alacaq. Şirkət nümayəndəsi istehsal olunan enerjinin maya dəyərini açıqlamasa da, bildirib ki, bu qiymətlə qurğuların işi iqtisadi cəhətdən tamamilə rentabellidir. N.Ramazanov qeyd edib ki, indiki satış qiymətlərilə yeni park öz pulunu 10 ilə çıxaracaq: “Amma enerjinin alış qiymətləri artsa, bu müddət də azalacaq”.
Gələcəkdə bu layihənin davamı olaraq həmin ərazinin yaxınlığında ümumi gücü 100 MVt olan ikinci enerji parkının da salınması planlaşdırılır.
Qeyd edək ki, “Caspian Technology” özünün ilk pilot layihəsini Yeni Yaşma qəsəbəsi ərazisində həyata keçirib. Ümumi gücü 1,7 MVt olan parkda hər birinin gücü 850 kVt olan iki külək turbini quraşdırılıb. İndiyədək burada 7 mln. kVt/saat enerji hasil edilib. Bu enerji də yuxarıda qeyd olunan qiymətlə “Bakıelektrikşəbəkə”yə satılır.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09