“Azərenerji” yanğından mühafizə tədbirlərini gücləndirib
Hər ayın ikinci həftəsinin ikinci günləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində olan müəssisələrdə “Təhlükəsizlik texnikası günü” elan olunub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin günlərdə “Yanğından mühafizə xidməti”nə aid olan strukturlar da öz üzərinə düşən vəzifələri icra edir, yanğından mühafizə avadanlıqlarının real vəziyyəti ilə yerindəcə tanış olaraq əməli tədbirlər həyata keçirirlər. Məqsəd iqlim şəraitinə uyğun olaraq, müəssisələrdə yanğından mühafizə sahəsində təhlükəsizlik tədbirlərini gücləndirməkdir.
Mətbuat xidmətində onu da bildirirlər ki, qış mövsümündə energetika müəssisələrinin, obyektlərinin, binalarının, qurğularının, avadanlıqlarının normal və buraxılabilən iş rejimlərinin dəyişilməsi ilə yanğın törənməsi ehtimalı artır. Bunun baş verməməsi üçün yanğın-texniki komissiyaları ərazilərdə, istehsalat sahələrində, binalarda yanğına qarşı rejimin yaradılmasına, qaynaq və digər təhlükəli işlərin aparılması zamanı təşkilati və texniki tədbirlərin görülməsinə nəzarəti artırırlar. Həmçinin iş yerlərində tələb olunan qaydaların tətbiqi, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə təminat və onlardan istifadənin öyrədilməsi də diqqətdə saxlanılır.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09