4 heyvandarlıq kompleksi yaradılacaq
2010-cu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4650 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması məqsədilə 4 investisiya layihəsi maliyyələşdirilib. Artıq Ağdamda 450 başlıq müasir cins heyvandarlıq kompleksi istifadəyə verilib.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, həmin kompleks Ağdam rayonunun Əfətli kəndində “Qara inək fermer təsərrüfatı” MMC tərəfindən inşa edilib. Digər 3 heyvandarlıq kompleksində aparılan işlərin 2011-ci ilin I yarısında başa çatdırılması nəzərdə tutulur.
Nazirlikdə deyirlər ki, sahibkarlıq subyektləri təqdim etdikləri layihələrdə fonddan ümumilikdə 11,9 milyon manat vəsait istəyiblər. Sahibkarlığa Kömək Milli Fondu isə həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi barədə qərar qəbul edib və Ağdam rayonunda yaradılan fermer təsərrüfatı 4 layihədən birincisidir. Kompleksin inşasında Almaniyanın “West Falia” şirkətinin istehsalı olan müasir avadanlıq və texnologiyadan istifadə olunub. Həmçinin, bu ölkədən 200 baş südlük istiqamətli cins “holşteyn-friz” cinsindən olan inəklər gətirilib. Bu inəklər yüksək məhsuldarlığa malik olmaqla laktasiya dövründə (305 gün ərzində) 7000-7500 litr (23-24,5 litr) südvermə qabiliyyətinə malikdir.
Əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla yaradılacaq digər 3 heyvandarlıq kompleksində isə tikinti işlərinin 2011-ci ilin I yarısında başa çatdırılması nəzərdə tutulur. Nazirlikdə hesab edirlər ki, bu cür heyvandarlıq komplekslərinin yaradılması əhalinin yüksək keyfiyyətli, sanitar-gigiyenik tələblərə cavab verən, ekoloji cəhətdən təmiz süd və süd məhsulları ilə təminatında əhəmiyyətli rol oynayacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27