Noyabrda istehlak qiymətləri 2,75 faiz artıb
İqtisadi Tədqiqatlar Mərkəzi 2010-cu ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini elan edib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, statistik müşahidələrin nəticəsi 2010-cu ilin noyabr ayı ərzində Azərbaycanda istehlak qiymətlərinin 2,75 faiz artdığını göstərir. Bakıda qiymətlər 2,94 faiz, regionlarda isə 2,56 faiz artıb. Bu ilin 11 ayında ölkədə 9,16 faizlik inflyasiya baş verib.
Noyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə əla növ buğda çörəyi (16.77 faiz), günəbaxan yağı (8,35 faiz), bulka (7,35 faiz), toyuq yumurtası (20,31 faiz), peçenye (7,25 faiz), manna yarması (5,81 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından yer kökü (10,73 faiz), naringi (13,76 faiz), xurma (6,03 faiz), toyuq (1,23 faiz), qoyun yununda (1,10 faiz) qeydə alınıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi noyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin 1,8 faiz artdığını elan edib.
İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin noyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 0-14 yaşlı uşaqlar üçünsə 191,69 manat təşkil edib. Noyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,80 manat, pensiyaçılar 85,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,71 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,28 manat, pensiyaçılar üçün 29,25 manat, 0-14 yaşlı uşaqlar üçün 61,51 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat təşkil edib.
“Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09