14 illik sərhəd danışıqları başa çatıb
Son 14 ildə sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə Rusiya ilə aparılan danışıqlar artıq müsbət nəticəsini verib.
Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırda Rusiya ilə Azərbaycan arasında dövlət sərhədlərinin uzunluğu 390 kilometrdir. 1996-cı ilin noyabrından 2010-cu ilin aprelinədək davam edən dövlət delimitasiyası bu ilin sentyabrında iki ölkə prezidentlərinin Bakıda təsdiq etdiyi Sərhəd Müqaviləsi ilə tamamlanıb.
Qərib Məmmədov bildirib ki, artıq komitə tərəfindən hazırlanan “Sərhəd xəttinin yazılı təsviri” hər iki ölkənin Xarici İşlər nazirləri tərəfindən təsdiq olunub. Komitə ilə Rusiyanın müvafiq qurumu tərəfindən hazırlanmış “Dövlət sərhədinin xəritələr toplusu” isə bu ilin oktyabrında Həştərxanda təsdiqlənib. Hazırda delimitasiya ilə bağlı sənədlər ratifikasiya olunmaq üçün Milli Məclisə və Rusiyanın Dövlət dumasına təqdim olunub: “Hər iki tərəfdən delimitasiya sənədləri ratifikasiya olunduqdan sonra dövlət sərhədinin demarkasiyası, yəni nişanların bərkidilməsi mərhələsinə başlanacaq. Güman edirəm ki, bu işlərə gələn ilin ikinci yarısında başlamaq mümkündür”.
O ki, qaldı Gürcüstanla sərhədlərin müəyyənləşməsinə, Qərib Məmmədovun fikrincə, bu məsələdə də xeyli irəliləyişlər var. Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında sərhədlərin ümumi uzunluğu 480 kilometrdir. Bunun 290 kilometri Dövlət Komissiyaları tərəfindən razılaşdırılıb. Hazırda sərhədin razılaşdırılmamış hissələrində hər iki ölkənin ekspertləri tərəfindən faktiki istifadə sənədlərinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi prosesi davam edir.
Elxan SALAHOV

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44