Polşa enerji müəssisələrinin Azərbaycan şirkətlərinə verilməsində maraqlıdır
Azərbaycan ilə Polşa arasında iqtisadi sahədə əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır. Noyabrın 24-də baş nazir Artur Rasizadə və Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak arasında görüş keçirilib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Artur Rasizadə son illər Polşa ilə Azərbaycan arasında siyasi və mədəni sahədə çox yaxşı əlaqələrin qurulduğunu, iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın olduğunu bildirib.
O, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasına istiqamətləndirilmiş xəttin davam etdiriləcəyini söyləyib.
Valdemar Pavlyak Azərbaycanda sabit iqtisadi inkişafı xüsusi vurğulayaraq, Polşanın bütün sahələrdə ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu dilə gətirib. O, Polşanın iri enerji müəssisələrinin özəlləşdirilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduqlarını diqqətə çatdırıb.

Oxşar yazılar

Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54