Prezident İlham Əliyev “BakuTel-2010” sərgisinin açılışında iştirak edib
«APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkənin İKT sahəsinin inkişafından danışıb və qeyd edib ki, hazırda Azərbaycanın sözügedən sahəsi dinamik inkişaf dövrünü yaşayır.
Ölkədə bu sahədə onlarla layihənin icra olunduğunu bildirən nazir onu da qeyd edib ki, hazırda Azərbaycan əhalisinin 50%-i internet istifadəçidir ki, onun da 12%-i geniş zolaqlı internetə qoşulub: «Eyni zamanda biz ölkədə rəqəmli televiziya yayımının tam tətbiqinə dair işləri davam etdiririk və artıq 2012-ci ildə Azərbaycanda analoq TV yayım rəqəmsal televiziya yayımı ilə əvəzlənəcək. Bu da Beyənlxalq Telekommunikasiya İttifaqının bütün ölkələr qarşısında qoyduğu tələbdən 3 il tez deməkdir».
Ə.Abbasov həmçinin «BakuTel» sərgisinin əhəmiyyətini vurğulayaraq tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şyoqolev qeyd edib ki, bu gün Bakıda həmçinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları rəhbərlərinin iclası keçirilib: «Azərbaycan sözügedən Birliyin aktiv iştirakçısıdır. Belə ki, Axərbaycan İKT sektorunun nəinki ölkədaxili, həmçinin regional inkişafında maraqlıdır». İ.Şyoqolev onu da bildirib ki, Azərbaycan və Rusiya arasında İKT sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Beynəlxalq Telekommunikasiya İttifaqının katibinin müavini Ho Lim Jao qeyd edib ki, Azərbaycan son 10 il ərzində İKT sahəsində bir çox nailiyyətlər əldə edib: «Cari ilin əvvəlində ölkədə mobil rabitə abunəçilərinin sayı 7 mln-a çatıb ki, bu da çox yaxşı göstəricidir».
Qeyd edək ki, Britaniyanın «ITE Group» və onun Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdirilir.
«BakuTel-2010» sərgisində Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla ümumilikdə 16 ölkəni təmsil edən 115 şirkət iştirak edir. Bu il sərginin sahəsi 30% artıb, 24 şirkət isə bu il sərgiyə ilk dəfə qoşulub. Noyabrın 26-dək davam edəcək sərgidə ziyarətçilərə telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlər təqdim ediləcək.
Sərgi ilə paralel noyabrın 24-də Bakıda «İKT və iqlim dəyişiklikləri» mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. Sərgi iştirakçılarının 40%-ni xarici, 60%-ni isə yerli şirkətlər təşkil edəcək.
Artıq Azərbaycan prezidenti İlham Əliyev də sərgi salonuna gəlib və hazırda sərgi iştirakçısı olan təşkilat və şirkətlərin stendləri ilə tanış olur.

790